Təəssüratlar / Aygün Hacıyeva

Salam, ilk öncə  fəxrlə onu qeyd edim ki, mən Aygün Hacıyeva “İrəli” İctimai Birliyinin üzvüyəm. “İrəli” İB-nin növbəti möhtəşəm  layihələrindən biri olan “Gənc liderlər üçün yay universiteti” layihesinin mən də iştirakçısi olduğum üçün çox məmnunam və bundan fərəh hissi duyuram.

Artıq “Yay universitetinin” bitməsindən uzun müddət keçməsinə baxmayaraq,hələ də yaddaşımdan silinməmiş və məndə çox gözəl təəssüratlar oyatmışdır. ”Yay universitetinin” hər bir günü çox peşəkar təşkil olunmuşdu.Mən proqramda nəzərdə tutulmuş görüş,təlim və ekskursiyaları sadalamaq niyyətində deyiləm.Sadəcə mənim üçün ən yaddaqalan məqamları sizin ilə bölüşmək istəyirəm.

Beləki, “Heydər Əliyev Elm Mərkəzinə” olan ekskursiya indiyədək yadımdan çıxmamışdır. Həmişə kitablarda oxuduğum, lakin təsəvvürə belə gətirə bilməyəcəyim təbiət proseslərinin qiyabi olaraq şahidi oldum desəm, zənnimcə yanılmaram. Özümü sanki kosmosda hiss edirdim. Bizi əhatə edən Yer kürəsində baş verən möcüzəli və ağlagəlməz prosesləri gördükdə dəhşətə gəldim desəm,zənnimcə bayağı qəbul etməzsiniz.

(more…)

September 3, 2009 at 15:27 2 comments

Tarix əbədidir və dəyişilməzdir / Məcid Musayev

I Pyotr demişdir:  “Türklər, yatmış bir şirə bənzərlər! O şiri oyatmayın!  Oyatsaz, qarşısını ala bilməyəcəksiniz. Onlar bütün dünyanı özlərinə tabe edəcəklər.”

Salam. Mənim adım Musayev Məciddir. Mən “İRƏLİ” İB-nin üzvüyəm və “İRƏLİ” İB bu günlərdə Qazaxda keçirtdiyi “Gənc Liderlər üçün Yay Universiteti” layihəsinin iştirakçısıyam. Bu layihə haqqında çox şey demək istəmirəm, sadəcə qoy hamı bilsin ki, iştirakçıların qazandıqları biliklər gələcəkdə liderlik xüsusiyyətlərini inkişaf etdirmək əvəzsiz bir göstəricilərdir.

Bu gün 13.08.09 tarixində Yay Universitetimizdə “Tarix günü” idi. Bununla əlaqdar bizə leksiyalar söyləmək üçün Azərbaycanın görkəmli politoloqları, dövlət xadimləri, deputatlar və tarixçiləri qonaq gəlmişdirlər. Məqaləm əsas bu görüş haqqında olacaq.

(more…)

August 31, 2009 at 13:37 Leave a comment

Yay Universiteti başa çatsa da, təəssüratlar bitib tükənmir

Ötən sayımızda “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi olan Qazaxda keçirilmiş Yay Universiteti haqda təəssüratlarımı yazmışdım. Bu sayda digər iştirakçıların fikirlərini sizə təqdim edirəm.

Mayis Musayev, “İRƏLİ” İctimai Birliyi

- Yay Universitetinin keçirildiyi günlərdə N saylı hərbi hissədə hərbiçilərlə görüşümüz, eləcə də sərhəd bölgəsinə ziyarətlərimiz göstərdi ki, sərhədlərimiz əmin əllərdədir. Bu Yay Universitetinin mənim üçün ən yaddaqalan digər hissəsi hər gecə saat 3-ə qədər davam edən mafiya oyunlarıdır. İstər iştirakçı olsun, istər olmasın, hamı maraqla oyunun sonunu gözləyirdi. Mafiya oyunları bir-birimizi tanımaq baxımından daha da faydalı oldu”.

Günay Sadıqova,  Bakı Dövlət Universiteti

- Yay Universiteti ərzində ən çox bəyəndiyim səhər idmanı oldu. Sübh çağı qapılar döyülür, hər kəsi idmana çıxmaq üçün oyatmağa çalışırdılar. İdman edərkən hər bir insanın üzündə olan spesifik mimika, qaçış zamanı edilən gülməli jestlər çox ürəkaçan hallar idi. Yenidən o günlərə qayıtmaq, həmin anları yenidən təkrarən yaşamaq istəyirik. Tonqalın ətrafında yallı getmək Yay Universiteti iştirakçılarının bir-birlərini yaxşı tanımamalarına baxmayaraq böyük bir ailə olduğumuzu təsdiqləmiş oldu.

(more…)

August 29, 2009 at 11:46 Leave a comment

Təəssüratlar / Cahangir Cahangirli

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurasının birgə təşkil etdikləri Gənc liderlər üçün Qazax Yay Universitetinin bitməsindən artıq bir neçə gün keçir. Bitməsinə baxmayaraq, bu barədə hələ də KİV-də, ictimaiyyətdə, internet forumlarda və digər yerlərdə müzakirələr olunur. Bəs, görəsən bu Yay Universitetini bu qədər maraqlı olmasının və gündəmdə qalmasının səbəbi nədir?! Bu sualı cavablandırmaq üçün ilk növbədə Yay Universiteti günlərində göstərilən fəaliyyətlə yaxından tanış olmaq lazımdır. Belə ki, ilk olaraq 8-17 avqust 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan Yay Universitetinin təşkilatçılar tərəfindən mükəmməl idarə olunması diqqəti cəlb edir. Iştirakçıların operativ məlumatlandırması, gediş-gəlişlərinin rahat təmini, təhlükəsizklik məqsədilə yol boyu yol polisinin müşayiət etməsi, istirahət vaxtının, tədbirlərin, mühazirə və seminarların təşkili, dəvət olunan maraqlı qonaqlarla keçirilən görüşlər, ən əsası isə hər bir iştirakçının sağlamlığının qayğısına qalınması üçün ayrıca həkimin ayrılması, bütün bunlar yüksək səviyyəli və təcrübəli təşkilatçılıqdan xəbər verirdi.

Bundan başqa Yay Universiteti layihəsinin iştirakçısı olan 130 gəncin hər birinə 8-17 avqust tarixlərində gündəlik fəaliyyətlərinə dair proqram və materiallar təqdim olunmuşdu. Proqramın gündəliyinə isə iştirakçıların şərti olaraq 4 (Uğur, Etimad, Tərəqqi, İnkişaf) komandaya bölünməsi, səhər oyandıqdan gecə yatanadək görüləcək işlər, iştirakçıların bir-birləri ilə tanışlığı, komandaların bayraq və şüarlarının müəyyənləşdirilməsi, sərbəst vaxt çərçivəsində interaktiv oyunlar və qrup işləri, idman oyunları, axşamlar isə təşkil olunan diskotekalarda Azərbaycan və dünya xalqlarının rəqsləri salınmışdı.

(more…)

August 28, 2009 at 16:27 Leave a comment

The Summer University begins from us / by Suada Mamedova

August 28, 2009 at 14:34 Leave a comment

10 günlük Yay Universitetinin unudulmaz təəssüratları

“Keçmiş zamanlarda bir kasıb oğlu varlı qızını  sevir, qız da onu sevir. Ancaq qızın ata-anası sevgililəri qovuşmağa qoymur. Çarəsiz qalan oğlan özünü qayadan atıb  öldürür. Qız isə heç kəsə ərə getmir. O, hər gün həmin qayanın başına çıxıb doyunca ağlayır. İllər ötür, qız da dünyadan köçür, sonra həmin qaya dibindən göz verir, damcı-damcı ağlayır. Bu göz iki sevgiliyə, nakam məhəbbətə ağlayır. Damcılı bulaq o qızın göz yaşından əmələ gəlib”.

Damcılı bulaq rəvayətini hələ 6-cı sinifdə oxuyanda tarix müəlliməmdən eşitmişdim və çox istəmişdim ki, o bulağı görüm. Amma qismət olmamışdı. Hələ Damcılı bulağın üzərində ən qədim insan məskənlərinin izini özündə qoruyan mağaranın da olduğunu öyrənəndə Qazağa getmək marağım daha da artmışdı. Bu ilki Yay Universitetinin Qazaxda keçiriləcəyini eşidəndə ilk düşündüyüm şey bu oldu ki, bir gün orta məktəb dərsliyindən adını eşitdiyim bu qədim düşərgəni indi yaxından görmək şansım olacaqdı. Həqiqətən, bunun sevinci, həyəcanı başqa idi. Məni Qazaxda maraqlandıran digər amil isə bu rayonun Azərbaycanın qərbində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşməsi idi. Demək, cəbhə bölgələrinə səfərimiz gözlənilən idi. Mən özüm o günü xüsusi səbirsizliklə gözləyirdim.

(more…)

August 24, 2009 at 12:59 Leave a comment

“Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçılarına diplomlar təqdim edilib

Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçılarına diplomların təltif edilməsi mərasimi keçirilib. APA-nın məlumatına görə, öncə tədbirin gedişindən bəhs edən qısametrajlı telefilm nümayiş olunub.

Sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib ki, layihə çərçivəsində gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilib. C. Osmanlı 9 gün davam edən universitetin sərhədyanı bölgə keçirilməsinin əhəmiyyətini də vurğulayıb.

(more…)

August 23, 2009 at 13:40 Leave a comment

Foto xülasə 1

SDC10678

(more…)

August 19, 2009 at 13:37 Leave a comment

Yay Universitetinin himni

August 19, 2009 at 12:53 Leave a comment

Günün xülasəsi / 15.08.2009

Bu gün Yay Universitetinin  iştirakçısı olan gənc liderlər Qazax şəhərində və Damcılı ərazisində təbiət qoynunda oldular. Səhər saatlarından başlayan ekskursiya günün axşam saatlarına qədər davam etdi. Ilk olaraq gənclər tarixi qəhrəmanımız Dədə Qorqudun şərəfinə yüksəldilmiş abidəni ziyarət etdilər. Gənc liderlər ekskursiyanı Heydər Əliyev parkına səfərlə davam etdirdilər. Parkda yerləşən Heydər Əliyev Elmi Mərkəzində iştirakçılar göy cismlərini, onların hərəkətlərini izlədilər. Elmi mərkəz gənclərin xüsusilə, marağına səbəb oldu. Gənc liderlərin növbəti dayanacaqları Qazax Tarix Diyarşünaslıq Muzeyi oldu. Muzeydəki maraqlı tarixi eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.

Daha sonra Göyəzən dağını səfər edən layihə iştirakçıları ətraf ərazidə yaşayan insanlarla da görüşdülər.Gənclər nahar fasiləsini təbiətdə – ən qədim yaşayış məskənlərindən olan Damcılı ərazisində keçirdilər. Burada gənc liderlərə interaktiv mühazirələr oxundu.

(more…)

August 15, 2009 at 23:13 Leave a comment

Older Posts


Bu blog 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkil etdiyi “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihənin tərkib hissəsidir.

 

January 2012
M T W T F S S
« Sep    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Pages

Categories

Recent Posts

Blog Stats

  • 2,033 hits

Follow

Get every new post delivered to your Inbox.