Təəssüratlar / Cahangir Cahangirli

August 28, 2009 at 16:27 Leave a comment

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurasının birgə təşkil etdikləri Gənc liderlər üçün Qazax Yay Universitetinin bitməsindən artıq bir neçə gün keçir. Bitməsinə baxmayaraq, bu barədə hələ də KİV-də, ictimaiyyətdə, internet forumlarda və digər yerlərdə müzakirələr olunur. Bəs, görəsən bu Yay Universitetini bu qədər maraqlı olmasının və gündəmdə qalmasının səbəbi nədir?! Bu sualı cavablandırmaq üçün ilk növbədə Yay Universiteti günlərində göstərilən fəaliyyətlə yaxından tanış olmaq lazımdır. Belə ki, ilk olaraq 8-17 avqust 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan Yay Universitetinin təşkilatçılar tərəfindən mükəmməl idarə olunması diqqəti cəlb edir. Iştirakçıların operativ məlumatlandırması, gediş-gəlişlərinin rahat təmini, təhlükəsizklik məqsədilə yol boyu yol polisinin müşayiət etməsi, istirahət vaxtının, tədbirlərin, mühazirə və seminarların təşkili, dəvət olunan maraqlı qonaqlarla keçirilən görüşlər, ən əsası isə hər bir iştirakçının sağlamlığının qayğısına qalınması üçün ayrıca həkimin ayrılması, bütün bunlar yüksək səviyyəli və təcrübəli təşkilatçılıqdan xəbər verirdi.

Bundan başqa Yay Universiteti layihəsinin iştirakçısı olan 130 gəncin hər birinə 8-17 avqust tarixlərində gündəlik fəaliyyətlərinə dair proqram və materiallar təqdim olunmuşdu. Proqramın gündəliyinə isə iştirakçıların şərti olaraq 4 (Uğur, Etimad, Tərəqqi, İnkişaf) komandaya bölünməsi, səhər oyandıqdan gecə yatanadək görüləcək işlər, iştirakçıların bir-birləri ilə tanışlığı, komandaların bayraq və şüarlarının müəyyənləşdirilməsi, sərbəst vaxt çərçivəsində interaktiv oyunlar və qrup işləri, idman oyunları, axşamlar isə təşkil olunan diskotekalarda Azərbaycan və dünya xalqlarının rəqsləri salınmışdı.

Burada xüsusi olaraq müxtəlif telekanalları, qəzet və jurnalları təmsil edən KİV nümayəndələrinin layihə barədə gündəlik məlumatların hazırlamalarını, eyni zamanda isə üzvü olduqları komandaların işində iştiraklarını qeyd etmək yerinə düşərdi.

Əlbəttə, Qazax Yay Universitetinin proqramından, təşkilatçılıqdan, ordakı mühitdən çox danışmaq olar. Lakin yazımın növbəti mərhələsində öz təəssüratlarımı bölüşmək istərdim. Ilk olaraq bunu qeyd etmək istərdim ki, layihə iştirakçıları olan 130 gənc tərkibinə müxtəlif təşkilatların, idarə və müəssisələrin nümayəndələri, Bakıda və digər şəhərlərdə yerləşən universitetlərin tələbələri, o cümlədən onların Tələbə Gənclər Təşkilatının sədrləri daxil idilər. Başqa sözlə desək iştirakçılar elmin bütün sahələrini və ixtisaslarını təmsil edirdilər. Burada gender bərabərliyi də nəzərə alınmışdı: 65 qız, 65 oğlan. Diqqət  çəkən cəhətlərdən biri də iştirakçıların təmsil etdikləri yerlərdə və ölkə cəmiyyətində tanınması və indiyədək bəzi uğurlara imza atması idi. Yaş tərkibləri də 17-dən 30-dək idi. Yay Universiteti iştirakçılarıyla görüşləri nəzərdə tutulan qonaqların tərkibi də çox maraqlı idi. Artıq yuxarıda adları qeyd edilın qonaqların əksəriyyəti respublikamızda və hüdudlarında kifayət qədər tanınırlar. Sözsüz ki, gənc liderlərin gələcəkdə öz yerlərini tutmaları və daha çox təcrübəli olmaları üçün bu cür şəxslərlə görüşləri daha mütəmadi keçirilməlidir. Onların təcrübələri, qazandıqları uğurlar öz dillərindən dinlənilərkən daha çox effekt verəcəkdir. Bu tip layihələrin təşkilinin digər bir əhəmiyyəti cəmiyyətin müxtəlif sferalrında fəaliyyət göstərən insanların bir-birlərini tanımasından, qarşılıqlı fikir mübadilələri aparmalarından, hər hansı bir məlumatın daha geniş əhali kütləsinə çatdırılmasından ibarətdir. Qazax Yay Universitetinin digər maraqlı tərəfi isə Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatının Milli Şurası ilə birgə təşkil olunması idi. Burada dövlətimizin Gənclər siyasəti çərçivəsində gənclərə dair layihələrdə göstərdiyi qayğı da yüksək qiymətləndirilməlidir. Məhz bu diqqət nəticəsində Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə bu qədər uğurlu və cəmiyyətin maraqla izlədiyi formada keçdi. Ilk dəfə keçirilsə də belə möhtəşəm olması ümid etməyə əsas verir ki, bu son olmayacaq və 5000 nəfərdən artıq üzvü olan “İRƏLİ” İctimai Birliyi bu məsələdə yenə də aktiv olacaq və bənzər layihələri həyata keçirtməkdə öz təcrübəsini bölüşəcək.

Artıq qeyd etdiyimiz kimi, bu layihənin iştirakçılarının əksəriyyəti bir çox sahələr üzrə nailliyyətlər əldə etmiş gənclər idi. Mən də müəyyən zamanlarda buna bənzər layihələrdə iştirak etmişəm. Ilk dəfə Türkiyədə buna bənzər layihədə iştirak etdikdən sonra dünyagörüşümün nə qədər dəyişdiyini, qısa zaman ərzində daha çox məlumatla tanış olduğumu, ümumilikdə isə bir fərd kimi inkişafıma necə müsbət təsir etdiyini görmüşəm. Buna görə də hesab etmişəm ki, hər bir gənc bu kimi tədbirlərdə iştirak etməli, daha çox ünsiyyətdə olmalı, komanda işində iştirak etməlidir. Istənilən bir gəncin xarici ölkələrdə keçirilən belə tədbirlərdə iştirakı, oranın təcrübələrini mənimsəməsi onun daha tez püxtələşməsinə və inkişafına səbəb olacaqdır. Gələcəkdə isə bu iştirakçılar öz öyrəndiklərini özlərindən sonra gələn nəsilə ötürərək, öyrənək və öyrədək ənənəsini yaşadacaqlar.

Yay Universitetinə dair yazımı yekunlaşdıraraq 17 avqustda səhər yeməyindən sonra yola salma mərasimindən sonra Bakıya qayıtmağımızı, ardından da 19 avqustda Park İnn otelində Yay Universiteti iştirakçılarına Diplomların təqdim edilməsi mərasiminə toxunmaq istəyirəm. Diplomların təqdim edilməsində Azərbaycan Respublikasının Prezident Aparatının şöbə müdiri Elnur Aslanov, Gənclər və İdman Naziri Azad Rəhimov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Millət vəkili Ilham Məmmədov, layihədə gənc liderlərlə fikirlərini bölüşən Faik Bağırov və digər qonaqlar da var idi. Hesab edirəm ki, Yay universiteti iştirakçıların yaddaşında uzun zaman qalacaq və burada öyrəndikləri gələcək fəaliyyətlərində öz töhfəsini verəcəkdir. Sonda isə yazımı Yay Universitetinin əsas şüarlarından biri ilə bitirmək istəyirəm: “İrəli Gənclik, İrəli Azərbaycan”.

Cahangir CAHANGİRLİ

Advertisement

Entry filed under: Təəssürat. Tags: , , .

The Summer University begins from us / by Suada Mamedova Yay Universiteti başa çatsa da, təəssüratlar bitib tükənmir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Bu blog 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkil etdiyi “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihənin tərkib hissəsidir.

 

August 2009
M T W T F S S
    Sep »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Pages

Categories

Recent Posts

Blog Stats

  • 2,061 hits

Follow

Get every new post delivered to your Inbox.