Yay Universiteti başa çatsa da, təəssüratlar bitib tükənmir

August 29, 2009 at 11:46 Leave a comment

Ötən sayımızda “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə layihəsi olan Qazaxda keçirilmiş Yay Universiteti haqda təəssüratlarımı yazmışdım. Bu sayda digər iştirakçıların fikirlərini sizə təqdim edirəm.

Mayis Musayev, “İRƏLİ” İctimai Birliyi

- Yay Universitetinin keçirildiyi günlərdə N saylı hərbi hissədə hərbiçilərlə görüşümüz, eləcə də sərhəd bölgəsinə ziyarətlərimiz göstərdi ki, sərhədlərimiz əmin əllərdədir. Bu Yay Universitetinin mənim üçün ən yaddaqalan digər hissəsi hər gecə saat 3-ə qədər davam edən mafiya oyunlarıdır. İstər iştirakçı olsun, istər olmasın, hamı maraqla oyunun sonunu gözləyirdi. Mafiya oyunları bir-birimizi tanımaq baxımından daha da faydalı oldu”.

Günay Sadıqova,  Bakı Dövlət Universiteti

- Yay Universiteti ərzində ən çox bəyəndiyim səhər idmanı oldu. Sübh çağı qapılar döyülür, hər kəsi idmana çıxmaq üçün oyatmağa çalışırdılar. İdman edərkən hər bir insanın üzündə olan spesifik mimika, qaçış zamanı edilən gülməli jestlər çox ürəkaçan hallar idi. Yenidən o günlərə qayıtmaq, həmin anları yenidən təkrarən yaşamaq istəyirik. Tonqalın ətrafında yallı getmək Yay Universiteti iştirakçılarının bir-birlərini yaxşı tanımamalarına baxmayaraq böyük bir ailə olduğumuzu təsdiqləmiş oldu.

Turcay Əhmədov,    Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı

- Son günlər mənim də üzvü olduğum futbol komandamızın Qazax Olimpiya Kompleksinin yerli komandasına böyük hesabla uduzmağımız çox gülməli bir hal idi. Ceyhun Osmanlıdan xahiş etdik ki, hesabı kollektiv içində səsləndirməsin. Çünki 11- 1 hesabı həqiqətən gülünc və utandırıcı idi. Həmin gün yay universitetində mənim üçün ən yaddaqalan gün oldu.

Kamal Zeynallı,    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı

- Mən inanıram ki, bu cür layihələr Tələbə Gənclər Təşkilatlarının birgə işlərinə böyük təkan verəcək. Əminəm ki, bu Yay Universitetinin iştirakçıları gələcəkdə bir çox layihələrdə əməkdaşlıq edəcək və uğurlu işlər görəcəklər. Azərbaycan gənclərinin belə bir layihələrdə iştirakı çox vacibdir. İnşallah axırıncı yox, axarıncı olar. Daim İrəli!

Şəbnəm Gülməmmədova,    Azərbaycan Dövlət İqtisad Universiteti

- Təəssüf ki, bu gün kənar qüvvələr Azərbaycanda öz bədxah niyyətlərini reallaşdırmaq istəyirlər. Bu təsirlər də əsasən gənclərə, onların parçalanmasına hesablanır. Dövlət bu cür tədbirlər keçirərək gəncləri həmin mənfi cərəyanlardan qoruya bilər. Axı, gələcəkdə biz Azərbaycan üçün, türk dünyası üçün birgə çalışmalıyıq.

Könül Türəngi,    Azərbaycan Amerika Gənclər İctimai Birliyi

- Damcılıda təbiət qoynunda nahardan sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin bizimlə söhbəti maraqlılığı və səmimiliyilə yadda qaldı. İdman yarışları, komandalararası rəqabət, intellektual oyunlar, komanda rəqsləri universitet günlərinə xüsusi rəng qatırdı.

Nərmin Allahverdiyeva,    ”İRƏLİ” İctimai Birliyi

- Yay Universiteti bizə çox şey qazandırdı. Təcrübə və fikir bölüşməli super dostlar qazandım, uşaqlıqdan böyük həvəs göstərdiyim, amma heç vaxt məşğul ola bilmədiyim bir arzumu reallaşdırdım – basketbol oynamaq imkanı əldə etdim. Bir də ki, mühazirələrdə səmimi və açıq söhbətlər xüsusi marağıma səbəb oldu.

Leyla Nəbiyeva,    ”İRƏLİ”İctimai Birliyi

- 8-17 avqust 2009-cu il tarixi məncə, 130 nəfər gəncin həyatında unudulmayacaq bir tarixdir. Bu Yay Universiteti biz gənclər üçün Azərbaycanda ilklərdən biri idi. 10 gün ərzində pəhləvan nümayişləri, tonqal ətrafında saz dinləmək, zurna-balabanla əylənmək kimi adət-ənənələrimizi yada saldıq. Hər gün müxtəlif xalqların rəqs gecələrinin keçirilməsi, iştirakçıların həyəcanlı rəqsləri, intellektual oyunlar (hələ bunların sonunda dəyərli hədiyyələr olanda daha da həyəcanlı olurdu), mafiya oyunu, müxtəlif yerlərə gəzintilər (xüsusilə Göyəzən dağına və Damcılıya) çox maraqlı idi.

Fərid Seyfullayev,    Sumqayıt Dövlət Universiteti

- Yay Universiteti bundan sonra aktiv olmağıma rəvac verdi. Oradakı gənclər, treyninqlər, qonaqlar. Beynimdə yeni-yeni ideyalar yarandı. Layihə nə olduğunu bilmirdim. İndi artıq gənclər və uşaqlarla bağlı 2 layihə işləyirəm. Yay Universitetinin iştirakçılarından bir nəfər işimlə bağlı mənə çox yardımçı oldu.

Nilufər Məsimova,    Azərbaycan Respublikası    Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

- Bura doğurdan da, böyük məktəb idi. Bu qədər dəyərli məlumatı belə qısa vaxt ərzində toplayacağıma heç vaxt inanmazdım. Əlbəttə əyləncəli anları da unutmaq olmaz. Komandalararası oyunlar və orada biz qızların azarkeşliyi. Hərdən o qədər qışqırırdıq ki, səsimiz batırdı. Gözəl dostlara və unudulmaz anlara görə Yay Universitetinə minnətdaram.

Sevinc Tahirova,    ”İRƏLİ” İctimai Birliyi

- Əvvəl Yay Universiteti haqda danışılanda onun əslində nə olduğunu tam dərk etmirdim. Bu universitet nəinki bizə elmi təlimlər keçdi, deyərdim ki, həyat dərsi verdi. Ancaq bu həyat təlimlərinin ekspertləri biz özümüz olduq. Yeni insanlarla ünsiyyət qurmaq imkanım oldu. Düzdür, proqramımız həqiqətən ağır idi. Oradan qayıdanda yorğunluğu canımdan çıxara bilmirdim. Amma o yorğunluğun özü ləzzətli idi. Bir də ki, çox sevdiyim hind rəqsini nümayiş etdirə bildim.

Şəmsi Gülverdi,    Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatı

- Yay Universitetində iştirak edən gənclər yüzlərcə gənci arxasında apara biləcək gənclərdi. Belə layihələrin gənclərin bir-birlərinə inteqrasiyasında böyük əhəmiyyəti var. Bu, çox önəmlidir. Yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.

Aysel Cəbiyeva,    ”İRƏLİ” İctimai Birliyi

- Bu universitetdə dünyagörüşümü artıracaq bir çox şeylər oldu. Müxtəlif fikirli gənc liderlərlə sanki təcrübə keçirdim. Öz aramızda keçirilən yarışlar, disputlar özümüzü sınamaq, nəyə qadir olduğumuzu bilmək üçün bir meydan idi. Gənc liderlər daha bir addım atmış oldular, sınaqdan zəif çıxanlar isə addımlamaq yollarını öyrəndilər.

Cahangir Cahangirli,    ”İRƏLİ” İctimai Birliyi

- Diqqət çəkən cəhətlərdən biri də iştirakçıların təmsil etdikləri yerlərdə və ölkə cəmiyyətində tanınması idi. Onların təcrübələri, qazandıqları uğurlar öz dillərindən dinlənilərkən daha çox effekt verəcək. Bu tip layihələrin təşkilinin digər bir əhəmiyyəti cəmiyyətin müxtəlif sferalarında fəaliyyət göstərən insanların bir-birlərini tanımasından, qarşılıqlı fikir mübadilələri aparmalarından, hər hansı bir məlumatın daha geniş əhali kütləsinə çatdırılmasından ibarətdir. İlk dəfə keçirilsə belə, möhtəşəm olması ümid etməyə əsas verir ki, bu son olmayacaq.

Məcid Musayev,    ”İRƏLİ” İctimai Birliyi

- Bu layihə haqda çox şey demək istəmirəm, sadəcə qoy hamı bilsin ki, iştirakçıların qazandıqları biliklərin gələcəkdə onların liderlik xüsusiyyətlərini inkişaf etdirmələrində böyük rolu olacaq.

Kəmalə TOFİQQIZI

http://www.525.az/new/2009/08/29/read=46671

Advertisement

Entry filed under: Təəssürat. Tags: .

Təəssüratlar / Cahangir Cahangirli Tarix əbədidir və dəyişilməzdir / Məcid Musayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Bu blog 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkil etdiyi “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihənin tərkib hissəsidir.

 

August 2009
M T W T F S S
    Sep »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Pages

Categories

Recent Posts

Blog Stats

  • 2,061 hits

Follow

Get every new post delivered to your Inbox.