Tarix əbədidir və dəyişilməzdir / Məcid Musayev

August 31, 2009 at 13:37 Leave a comment

I Pyotr demişdir:  “Türklər, yatmış bir şirə bənzərlər! O şiri oyatmayın!  Oyatsaz, qarşısını ala bilməyəcəksiniz. Onlar bütün dünyanı özlərinə tabe edəcəklər.”

Salam. Mənim adım Musayev Məciddir. Mən “İRƏLİ” İB-nin üzvüyəm və “İRƏLİ” İB bu günlərdə Qazaxda keçirtdiyi “Gənc Liderlər üçün Yay Universiteti” layihəsinin iştirakçısıyam. Bu layihə haqqında çox şey demək istəmirəm, sadəcə qoy hamı bilsin ki, iştirakçıların qazandıqları biliklər gələcəkdə liderlik xüsusiyyətlərini inkişaf etdirmək əvəzsiz bir göstəricilərdir.

Bu gün 13.08.09 tarixində Yay Universitetimizdə “Tarix günü” idi. Bununla əlaqdar bizə leksiyalar söyləmək üçün Azərbaycanın görkəmli politoloqları, dövlət xadimləri, deputatlar və tarixçiləri qonaq gəlmişdirlər. Məqaləm əsas bu görüş haqqında olacaq.

Bizim qonaqlarımız:  Eldar İsmayılov və  Rasim Musabəyov idi.

İlk fikir mübadilələrində səslənən bir fikri xüsusi ilə qeyd etmək istərdim:

Tarix əbədidir və dəyişilməzdir.

Bizim xalq qədimi xalqdır. Buna görə də bizim üçün tarix amili daha vacibdir. Biz tam şəkildə keçmişimizi bilməsək, gələcəyimizi anlamaqda da çətinlik çəkəcəyik. Ümumilikdə, tarixini bilməyən xalqın gələcəyi yoxdur. Burada bir sual çıxır tarix bizə nə verir ?

-          Tarix bizə keçmişimiz haqda tam şəkildə informasiyanı çatdırır. Tarix, keçmişimizdə baş vermiş bütün hadisələrin ilk formalarını əhatə edir. (İlk əmək bölgüsü, ilk partiya, ilk respublika, ilk mətbəə və s).

Amma bütün dünya tarixində olduğu kimi, tarix, ancaq xoş hadisələrdən ibarət deyil. İstənilən xalqın tarixində onun dili amili çox böyük rol oynayır. Bizdə də belə olub və belə də davam edir. Tariximizin keçid dövründə dil haqda Konstitusiyada xüsusi bəndin qeyd olunması bu prosesə çox böyük müsbət təsir göstərdi.

Eldar İsmayılov fərəhlə dedi:

-         Tariximiz təkrarolunmazdır.

Lakin tarixdə bütün xalqlara aid olan bir neçə məqam var ki, bunları da qəbul etməmək gülünc haldır. Bu amil odur ki, bütün xalqların etnosu gec əmələ gəlib. Maraqlı bir fakt:

1936 – cı ilin Yanvarında Stalin iclasların birində belə bir fikir səsləndirdi:

“Necə olur ki, Gürcüstanda gürcülər, Ermənistanda ermənilər, Azərbaycanda isə türklər yaşayır?”  Bir il sonra 1937  - ci ildə əhalinin siyahıya alınması zamanı bütün Azərbaycan xalqı “Türk” kimi qeyd edilmişdir. Ü. Hacıbəyov öz məqalələrinin birində qeyd edir ki, Stalin – bizə xüsusi ad qoyub.

Düzdür, qəbul etmək lazımdır ki, etnos göstəriciləri istənilən xalqın tarixində böyük  rol oynayır. Biz də türk xalqları qrupuna aidik, amma biz Azərbaycanlıyıq və bunla da daima fəxr etməliyik. Bizim və Osmanlı türkləri arasında fərqlər var.

Rasim Musabəyov qeyd etdi:

Böyük fərqlərdən biridə odur ki. 1939-cu ildə biz “Kiril” əlifbasına keçdik. Bu amil bizim iki xalq arasında olan fərqləri daha da gücləndirdi. Düzdür, Türkçülük bizim tariximizin nüvəsini təşkil edir. Amma unutmaq olmaz ki, Türkiyəçilik digər amildir.

Rasim Musabəyov əlavə etdi ki, bizim hal – hazırda olan ən böyük zəifliyimiz odur ki, biz Azərbaycan etnosunu, linqvistikasını, coğrafi göstəricilərini və s. amilləri siyasi silaha çevirmişik. Bu isə düz deyil.

1926 – cı ildə Türkoloji qurultayda “Latın” qrafikasına keçid müzakirə olundu. Tarix boyu bizim dövlət Türkiyə ilə münasibətinə çox böyük önəm verilib. Eyni zamanda siyasət deyilən teatrın səhnəsində digər bir qonşumuz olan Rusiyanın da böyük rolu olub. Lakin rusların əsas məqsədi bizi bir etnos, bir xalq kimi məhv etmək idi. Ruslar öz tarixi sənədlərində qeyd edirlər ki, Qarabağ Ermənistan vilayəti olub. Erməni etnosu orda üstünlük təşkil edib deyirlər. Amma o dövrdə keçirilən sorğularda ermənilərin sayı 8% belə gəlib çatmırdı. Bu isə danılmaz bir faktdır!

H. Zərdabi deyirdi:

Biz müasirləşməliyik. Eyni zamanda H. Zərdabi “Tək əldən səs çıxar” amilini yaratdı.

19 – cu əsrin ortalarında Azərbaycan cəmiyyəti çox geridə qalmışdı. Buna görə də müasirləşməyə heç bir ümid yox idi. Ancaq H. Zərdabi “Əkinçi” qəzetini yaratdı. Bununla cəmiyyətimizdə böyük dəyişikliklər baş verdi. Daha sonra Bakı Rusiya müsəlmanlarının mərkəzinə çevrildi. Bu da öz növbəsində böyük göstəricidir.

M. Rəsulzadə qeyd edir ki “Xalq dəyişikliklərə hazır olmalıdır ki, zamanı gələndə bu dəyişikliklərdən istifadə edə bilsin”

Bizim tariximizdə müsəlmançılıq amilinin də çox böyük rolu olub. Bununla əlaqədar Eldar İsmayılov qeyd etdi ki, “Müsəlmançılıq böyük bir binadır və ərəblərin, azərbaycanlıların, farsların və s. bu binada öz mənzilləri olmalıdır”.

Bizim tariximizdə böyük rollardan birini neft oynayır. Zəngin neft yataqları xariciləri bizim ölkəyə daima cəlb edirdi. Mütaliə zamanı səslənən bir fikri qeyd etmək istərdim. “İngilis qarğaları Alman qartallarına hücum edirdilər ki, onlar Azərbaycan neft buruqlarına qona bilməsinlər”.

Biz milliyyətçilik prosesini hazır atributlar ilə keçmişik. Qeyd etmək lazımdır ki, İmperiya tərkibində Cümhuriyyət qurmaq çox ağır idi. Amma biz hətta bunu, müəyyən qədər bacardıq.

Bütün leksiya ərzində mən özümü bütün danışılan hadisələrin iştirakçısı kimi hiss edirdim. İndi siz görürsünüz, biz nə qədər biliklərə sahib olduq.

Biz maariflənirik, bəs siz ?

Məcid Musayev

Entry filed under: Təəssürat. Tags: .

Yay Universiteti başa çatsa da, təəssüratlar bitib tükənmir Təəssüratlar / Aygün Hacıyeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Bu blog 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşkil etdiyi “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihənin tərkib hissəsidir.

 

August 2009
M T W T F S S
    Sep »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Pages

Categories

Recent Posts

Blog Stats

  • 2,064 hits

Follow

Get every new post delivered to your Inbox.