Təəssüratlar / Aygün Hacıyeva
September 3, 2009 at 15:27 2 comments
Salam, ilk öncə fəxrlə onu qeyd edim ki, mən Aygün Hacıyeva “İrəli” İctimai Birliyinin üzvüyəm. “İrəli” İB-nin növbəti möhtəşəm layihələrindən biri olan “Gənc liderlər üçün yay universiteti” layihesinin mən də iştirakçısi olduğum üçün çox məmnunam və bundan fərəh hissi duyuram.
Artıq “Yay universitetinin” bitməsindən uzun müddət keçməsinə baxmayaraq,hələ də yaddaşımdan silinməmiş və məndə çox gözəl təəssüratlar oyatmışdır. ”Yay universitetinin” hər bir günü çox peşəkar təşkil olunmuşdu.Mən proqramda nəzərdə tutulmuş görüş,təlim və ekskursiyaları sadalamaq niyyətində deyiləm.Sadəcə mənim üçün ən yaddaqalan məqamları sizin ilə bölüşmək istəyirəm.
Beləki, “Heydər Əliyev Elm Mərkəzinə” olan ekskursiya indiyədək yadımdan çıxmamışdır. Həmişə kitablarda oxuduğum, lakin təsəvvürə belə gətirə bilməyəcəyim təbiət proseslərinin qiyabi olaraq şahidi oldum desəm, zənnimcə yanılmaram. Özümü sanki kosmosda hiss edirdim. Bizi əhatə edən Yer kürəsində baş verən möcüzəli və ağlagəlməz prosesləri gördükdə dəhşətə gəldim desəm,zənnimcə bayağı qəbul etməzsiniz.
Digər yaddaqalan günlərdən biri “İnsan haqları” kursunun mühazirəçiləri Otari Qvaladze, Səadət İsmayılova, Lətif Hüseynov və Rövşən İsmayılovun maraqlı mühazirələri oldu. ”İnsan haqlar”ı haqqında interaktiv təlimlər zamanı çox şeylər öyrəndik.
“N” saylı sərhəd dəstəsinə səfəri isə xüsusi qeyd etməliyəm. Xüsusilə, hərbi hissədə etdiyimiz nahar zamanı ulu öndərimiz Heydər Əliyevin sərhəd zonalarına olan səfərlərini, əsgərlərimizin durumu ilə tanış olması yadıma düşdü. Və məhz bu amil nəticəsində özümü idealım Heydər Əliyevə oxşatmağım etiraf edim ki,məndə hələ o zaman gənc lider olmamı xatırlatdı.
Hər gün nüfuzlu şəxslərlə görüşlər, peşəkar şəkildə təşkil olunmuş təlimlər,ekskursiyalar ilə yanaşı, ”İrəli” İB-i gənclərin əylənməsi üçün günün sonunda təşkil olunmuş musiqili proqramları da unutmamışdır. Beləki hər gün təşkil olunmuş milli rəqslər və dünya ölkələri rəqsləri fərqli mədəniyyətlərin öyrədilməsi məqsədini daşıyırdı. Bu arada onu da deyim ki, Qazaxdan danışarkən sazı qeyd etməmək qəbahət olardı. Tonqal ətrafında saz havasının gözəlliyini duymaq üçün onu canlı yaşamaq lazımdır. Milli musiqimizin zövqverici şəkildə təbliği müasirliklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumaq və onlara sahib çıxmaq məqsədi güdürdü.
Elə bu və hələ sadalamadığım digər xüsusiyyətlər baxımından “İrəli” İB-nin üzvü kimi şahidi oluram ki, bu gün “İrəli”İB-i öz hədəfinə doğru çox iri və qətiyyətli addımlarla İrəliləyir və bir üzv olaraq,bununla çox fəxr edirəm. Bir gənc olaraq,deyə bilərəm ki,bu gün gəncliyə olan Etimadla biz mütləq Tərəqqiyə nail olub İnkişaf edəcək və sözsüz ki, Uğur qazanacağıq. Çünki bizim adımız məqsədimizdir!
Entry filed under: Təəssürat. Tags: .
1.
Sabina | June 8, 2010 at 16:39
ezizim seni tebrik edirem.ilk once
2.
sabina | June 8, 2010 at 16:54
salam ezizim.seni tebrik edirem.onu deyim ki, kamp bize danisdiginda daha eylenceli kecib.cox sevindim.qrupumuzda bele aktiv,intellektual,maraqli usaqlarin olmasi meni cox sevindirir.evvela onu deyim ki, bele gozel sexsiyyetlerle uz-uze olmaq her adama nesib olmur.bu munasibele seni tebrik edirem.irelinin irelide hele cox layiheler heyata kecireceyine inaniram…..sevgi ile:qrup yoldasin Sabina